Hər gün bir email. Hər emaildə real bir problem, praktik bir strategiya və bu günə aid bir tapşırıq. Proqrama qoşul və öyrənməyə başla.
Bu PDF-dəki hər gün sənə real həyatdan götürülmüş bir problem və onun praktik həllini təqdim edir. Mükəmməl valideyn olmaq yox — şüurlu valideyn olmaq haqqındadır.
Hər gün yeni bir mövzu, real nümunə və dərhal tətbiq edə biləcəyin tapşırıq.
Hər strategiya müəllifin öz oğlu Fateh ilə yaşadığı gerçək təcrübəyə əsaslanır.
Hər günün sonunda düşündürücü bir sual və bu günə aid konkret bir addım.
Carol Dweck, Daniel Goleman kimi mütəxəssislərin tədqiqatlarına istinad edir.
14 günlük tam email seriyası — hər gün bir strategiya, bir hekayə, bir tapşırıq.
Tam email seriyası + dərinləşdirilmiş PDF iş dəftəri. Daha çox strategiya, daha çox nəticə.
"Niyə?" sualının gücü və dərsi oyuna çevirmək.
Məyusluq anlarında doğru davranış və emosional dəstək.
"Qalib oğlum" yerinə "səbirli oğlum" demək niyə daha güclüdür?
Ağlamağa icazə vermək, amma hədləri qorumaq arasındakı incə xətt.
Kiçik öhdəliklərlə böyük xarakter qurmaq.
Qırmızı cizgini çəkmək və onun arxasında durmaq.
Uşağa azadlıq hissi verərək sənin istədiyin nəticəyə çatmaq.
Münasibəti zədələmədən aydın sərhəd qoymaq.
Uşaq sözünü tutmayanda etibarlı yanaşma.
Sözünü tutmayanda nə etmək lazımdır və bu günü dəyərli yaşamaq.
Bir gün yenə dərs mövzusu açılanda imtina başladı. Fatehin üzərinə getdikcə ağladı, sonra məcbur qalıb həvəssiz başladı. Bu, evimizdə tez-tez təkrarlanan bir hal idi.
Həmin gün fərqli bir şey etdim — sadəcə soruşdum: "Niyə oxumaq istəmirsən?"
Cavabı çox sadə oldu: "Dərs maraqsızdır, oynamaq istəyirəm."
Dərsi oyuna çevirdik: hər dərs bir raund oldu, xallar və ulduzlar verdik, düzgün cavablara bonus qazandı.
Bu günün tapşırığı isə çox sadədir: övladın nəyəsə imtina edəndə tələsmə, məcbur etmə. Sadəcə soruş: "Niyə istəmirsən?"
Bu PDF-i bir valideynlik mütəxəssisi deyil, səninlə eyni yolu gedən bir ata yazdı.
"Bu proqram ideal valideynlik haqqında deyil. Bu proqram şüurlu seçimlər və şəxsi təcrübə haqqındadır. Hər gün. Hər sözdə. Hər səssizlikdə."
Bu səhifələrin hər biri oğlu Fateh ilə yaşanan real anlardan doğulub. Hər sual, hər etiraz, hər baxış — daha dürüst, daha diqqətli bir valideyn olmağın dərsi olub.
Nəzəriyyə yox, sınaqdan çıxmış strategiyalar.
Öz dilində, öz mədəniyyətinə uyğun.
Hər günü öz başına tamamlana bilən bir dərs.
Müəllifin öz ailəsindən gələn sınaqdan keçmiş nümunələr.
Bu gün evdə dərhal tətbiq edə biləcəyin addımlar.
Email proqramı + Əlavə PDF — bir yerdə əldə edilə bilər.
Bəyənirsənsə — davam et. Heç bir risk yoxdur.
14 günlük tam email seriyası — hər gün bir strategiya, bir hekayə, bir tapşırıq.
Tam email seriyası + dərinləşdirilmiş PDF iş dəftəri. Daha çox strategiya, daha çox nəticə.
3–12 yaş arası uşağı olan hər bir valideyinə. Heç bir öhdəlik yoxdur.
Yeni bir səhifəyə keçid edəcəksən, orada email-ni qeyd etdikdən sonra gündəlik email-ni və PDF iş dəftərini email-nə alacaqsan
Əlavə PDF email proqramının dərinləşdirilmiş, infoqrafik məzmununu əhatə edir. Bir yerdə satın alına bilər.
Hər strategiya müəllifin öz oğlu ilə yaşadığı real anlardan alınmışdır və Carol Dweck, Daniel Goleman kimi mütəxəssislərin tədqiqatları ilə dəstəklənir.
Bu gün bir addım at. 14 günlük email proqramı ilə şüurlu valideynlik yoluna başla.
Allah bütün balaları saxlasın, valideynlərinə sağlam ömür versin! 🌱
📧 book@readit.az | 📞 +994 55 605 93 88